BOZ KARDİNAL

müəyyən bir qurumda əlinə müstəsna səlahiyyətlər toplamış şəxs.

BOYUNU OXŞAMAQ
BOZ SİFƏT GÖSTƏRMƏK
OBASTAN VİKİ
Boz kardinal
Boz kardinal (fr. Éminence grise — boz ucalıq) — "pərdə arxasında" qeyri-dövlət və ya qeyri-rəsmi güclü qərar qəbul verən və ya məsləhətçi. == Etimologiya == XIII Lüdovikin atası IV Henri 1610-cu ildə qətlə yetiriləndə onun cəmi 8 yaşı olduğundan dövlətin idarəçiliyi müxtəlif qüvvələrin əlinə keçmiş, pərən-pərən olmuş, ölkə vətəndaş müharibəsinin astanasına çatdırılmışdır. Bu səbəbdən yetkinlik yaşına çatan kral 1624-cü ildə ölkənin baş naziri vəzifəsinə savadlı və hiyləgər siyasətçi-kardinal Rişelyönü dəvət edir. O tez bir zamanda kral hakimiyyətini gücləndirərək ölkənin inkişafına başlamasına nail olur, bu vəzifədə ölümünə qədər 18 il qalır. Kardinal əslində dini bir vəzifə idi-kardinallar katolik kilsəsində Roma papasından sonra ən yüksək vəzifəli şəxslərdir. Roma papasını məhz onlar seçirlər. XIII əsrdən onlara qırmızı papaq və qırmızı geyim geyinmək göstərişi verilmişdir. Bu, onların son damla qanlarınadək kilsəni müdafiə etməli olduqlarını simvolizə edirdi. Xarakterik geyiminə görə Fransada xalq arasında Rişelyöyə "qırmızı kardinal" adı verilmişdir.
Kardinal
Kardinal — xristian katolik kilsəsinin ruhani rütbəsiː Papadan sonra ikinci adam. Papa rütbəsinə namizədlər həmişə kardinallar arasında seçilir. Kardinal geyimləri == İstinadlar == Viktor Hüqo — Paris Notr-Dam Kilsəsi, s 9.
Boz
Boz – rəng çaları. == Ümumi məlumat == Neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir.Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və bu "boz"un nəinki rəng, hətta müstəqil və qoşulduğu sözlərlə, qəbul etdiyi leksik şəkilçilərlə bərabər konkret nəsnə bildirməsi də vardır. Misallara baxaq: boz – qırqovulun dişisi; boz – dəmrova oxşar dəri xəstəliyi, keçəllik; bozaq – qabayunlu Azərbaycan qoyun cinsi; bozalaq – gövdəsi yoğun, yarpağı bozumtul alaq otu; bozarantı – havanın səhərə yaxın alaqaranlıq halı; bozartma (bozqovurma) – yağlı ətdən bişirilmiş sulu qovurma; bozbaş – ət, noxud ilə bişirilən sulu xörək; bozqır – susuz, otsuz çöl; bozdar – qoyun itinə verilən ad; bozlamac – sacda bişirilən qalın yayma və s. Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk günə qədər olan vaxtın da adı bilavasitə "boz"la bağlıdır və bu çağ elə "Boz ay" adlanır. Ayın bu adda olması da səbəbsiz deyil.
Kardinal (dəqiqləşdirmə)
Kardinal (quş) — Kardinal (rəng) — Kardinal — xristian katolik kilsəsinin ruhani rütbəsi.
Kardinal (quş)
Kardinal (rəng)
Kardinal — rəng çaları. == Ədəbiyyat == The color displayed in the color box above matches the color called cardinal in the 1930 book by Maerz and Paul A Dictionary of Color New York:1930 McGraw-Hill; the color cardinal is displayed on page 33, Plate 5, Color Sample L5.
Kardinal Rişelye
Arman-Jan dyu Plessi de Rişelye (fr. Armand-Jean du Plessis, duc de Richelieu; 9 sentyabr 1585 — 4 dekabr 1642) — Fransa dövlət xadimi, 1624-cü ildən ömrünün sonunadək Fransanın faktiki rəhbəri, Generalissimus. Tarixə "Qırmızı Kardinal" ləqəbi ilə düşmüşdür. == Həyatı və fəaliyyəti == 1585-ci il sentyabrın 9-da Parisdə Puatu əyalətinin Rişelye qəsrində kasıblaşmış zadəgan ailəsində anadan olmuşdur. Onun atası Fransua dyu Plessi Fransada III Henrixin dövründə baş prevo – məhkəmə məmuru olmuşdur, anası Süzanna de la Port Paris parlamentinin vəkilinin ailəsində anadan olub. Ailənin kiçik oğlu olan Arman-Jan markiz dyu Şillunin titulunun varisi kimi 1594-cü ildə Navarr kollecinə daxil olur və hərbçi təhsili alır. 1516-cı ildə III Henrix tərəfindən Plessiyə bağışlanmış La-Roşelye yeparxiyasında dini vəzifə ailənin yeganə gəlir mənbəyi idi.Ailənin ortancıl oğlu monastıra getdiyindən Rişelye ailəsi bu vəzifəyə gənc Armanın təyin olunmasına çalışır. Arman gənc olduğu üçün bu rütbəyə onu Roma Papası V Pavel təsdiq etməli idi. Gənc abbatı qəbul edərkən onun fitri istedadını və hazırlığını görən V Pavel onu bu vəzifəyə 22 yaşında təsdiq etdi. Yepiskop rütbəsi ona kral sarayı mühütünə daxil olmağa imkan verdi.
Kardinal tetra
Paracheirodon axelrodi (lat. Paracheirodon axelrodi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin paraxeyrodon cinsinə aid heyvan növü. Qırmızı neon və ya kardinal tetra ( lat.Paracheirodon axelrodi ) — xarasinkimilər fəsiləsinin tropik şirin suda yaşayan şüalı balıq növüdür. Ən məşhur və gözəl akvarium balıqlarından biridir. Adını amerikalı ixtioloq Herbert R. Axelrodun şərəfinə almışdır. == Təsviri == Dişilər erkəklərə nisbətən daha iri olub uzunluğu 5 sm-ə, erkəklərin uzunluğu isə 2,5-3,0 sm-ə qədərdir. Belləri zeytuni-bej rəngdədir. Gözlərindən yağ üzgəcinə qədər neon kimi parıldayan parlaq mavi zolaq var, bu zolağın altında isə enli qırmızı zolaq yerləşir. Qarınları ağımtıldır. Dişilər erkəklərdən daha dolğundur və anal üzgəclərinin kənarı daha qabarıqdır.
Kardinal ədəd
Kardinal ədəd - çoxluqlar nəzəriyyəsinin mühüm anlayışıdır. Kardinal ədəd çoxluğu onun elementləri ehtiyatı baxımından xarakterizə edir. Kardinal ədəd çoxluğun elementləri sayı anlayışının sonsuz çoxluqlar üçün ümumiləşməsidir. Bu cür ümumiləşdirmənin maraqlı cəhəti odur ki, eyni bir sonsuz çoxluğu tamamilə müxtəlif cür nizamlamaq olar və bununla əlaqədar Kardinal ədəd transfinit, yəni nizamı müəyyən edən ədəddən kəskin fərqlənir. Sonlu çoxluqlar üçün кardinal ədəd transfinit ədədlərlə eynidir və çoxluğun elementləri sayı ilə üst-üstə düşür. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.
Yoan Kardinal
Yoan Kardinal (27 mart 1994-cü ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda qapıçı kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Nitsa === Kardinal Nitsa klubu ilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü 18 oktyabr 2015-ci ildə Renn klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. == Karyera statistikası == === Klub === 30 Aprel 2017 tarixində yenilənib1.^ Fransa Kuboku görüşləri daxildir. 2.^ Liqa Kuboku görüşləri daxildir. 3.^ UEFA Avropa Liqası görüşləri daxildir.
Kardinal-infant Ferdinand
Kardinal-infant Ferdinand (isp. Fernando el Cardenal-infante) (16 may 1609[…], Eskorial – 9 noyabr 1641[…], Brüssel[d][…]) – İspaniya kralı III Filippin üçüncü oğlu. Roma-Katolik kilsəsinin kardinalı və Habsburq Niderlandiyasının naibi. == Mənbə == Van Nimwegen, Olaf: The Dutch Army and the Military Revolutions, 1588–1688. Woodbridge: The Boydell Press, 2010. ISBN 9781843835752 Hart, Marjolein: The Dutch Wars of Independence: Warfare and Commerce in the Netherlands 1570–1680. Oxon: Routledge, 2014. ISBN 9781317812548 Thion, Stéphane: French Armies of the Thirty Years' War. Auzielle: LRT Editions, 2008. ISBN 9782917747018 González de León, Fernando: The Road to Rocroi: Class, Culture and Command in the Spanish Army of Flanders, 1567–1659.
Kardinal-infant Lüdovik
Kardinal-infant Lüdovik (isp. Luis Antonio Jaime de Borbón y Farnesio) (25 iyul 1727, Madrid – 7 avqust 1785) – İspaniya kralı V Filippin oğlu, Roma-Katolik kilsəsinin kardinalı. == Mənbə == McWhirter, Ross, McFarlan, Donald, Boehm, David A., and McWhirter, Norris. 1989. 1990 Guinness Book of World Records. Sterling Pub. Co. p. 270. Genealogie ascendante jusqu'au quatrieme degre inclusivement de tous les Rois et Princes de maisons souveraines de l'Europe actuellement vivans (in French).
Boz Abdal
Boz Abdal — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Quqark rayonu) kənd adı == Haqqında == Kəndin adı Boz Abdal dağının adından götürülmüşdür. 1878-ci ildə Boz Abdal kəndinin azərbaycanlılardan ibarət əhalisi kənddən qovulmuş və burada Türkiyədən gətirilən ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Bartsum adlandırılmışdır. == Mənbə == B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998. A.Ə.Bayramov. Qədim Oğuz ellərinin - Ababa, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları. Bakı, 1996.
Boz albalı
Boz albalı (lat. Prunus incana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Boz albalı əsasən Qafqazda və Kiçik Asiyada yayılmışdır. == Botaniki təsviri == Boyu 1,5-2 m olan şaxəli koldur. Yarpaqları ensiz, xırda, xətvarı-lansetvari, yumurtaşəkilli olmaqla kənarı dişli, üstü və altı çılpaq, saplaqları qısa ağ tüklərlə örtülü, adatən kənarı eşilib qatlanmış olur, uzun zoğlarda yerləşir. dür. Çəhrayı-qırmızı çiçəklərinin diametri 1,5 sm, qısa saplaqlı və ya saplaqsızdır, 4-5 ədədi birlikdə çətir çiçək salxımında toplanır. Çiçəkləmə müddəti 5-16 gündür. Ləçəkləri çəhrayı, tərs ovalşəkillidir. Mayda çiçəkləyir, meyvələri iyun-iyulda, bəzən də avqustda yetişir.
Boz ay
Boz ay (az.-əbcəd بوز آی‎) – azərbaycanlıların keçmiş adət-ənənəsinə görə Novruz bayramı gəlməzdən əvvəlki dövrü əhatə edən təqvim ayı. Boz ayda su, od, yel və torpaq çərşənbəsi qeyd olunur. Boz aya "yazın qırxlı çağı" da deyilir. == Müddəti == Boz ay 22 fevralda başlayıb ilin qısa və uzun olması ilə bağlı olaraq 20-22 marta qədər davam edir. Bu ay hərəsi 7 gün olmaqla 4 kiçik çilləyə (çilləbeçəyə) bölünür. Kiçik Çillənin qurtarmasından Novruz bayramına, qarayaz ayına qədər davam edir.Bir əfsanəyə görə keçmiş zamanda il aylara bölünəndə hər aya 32 gün verilir, Boz aya isə 14 gün düşür. Boz ay inciməsin deyə hər ay Boz aya 1 gün verir. Boz az yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir. Ancaq başqa aylardan aldığı üçün günləri hava şəraiti baxımından bir-birinə oxşamır. == Təsviri == Havanın dəyişkən keçməsinə görə Boz ay “Alaçalpov”, “Ağlar-gülər” adlandırılır.
Boz ayı
Qonur ayı (lat. Ursus arctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu növ ayıların yayılma arealı Avrasiya və Şimali Amerika materiklərini əhatə edir. Qonur ayıların hazırda yaşadığı əsas ərazilərə Rusiya, Mərkəzi Asiya, Kanada, ABŞ (əsasən Alyaska), Skandinaviya, Karpat (əsasən Rumıniya), Anadolu və Qafqaz daxildir. Azərbaycanda arealı Böyük və Kiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir. == Ümumi məlumat == Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır.
Boz balina
Boz balinalar (lat. Eschrichtiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Boz balinalar
Boz balinalar (lat. Eschrichtiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Boz bəbir
Boz bəbir (lat. Neofelis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Boz canavar
Adi canavar (lat. Canis lupus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Bədənin uzuqluğu 100–140 santimetr, quyruğun 30–50 santimetr, hündürlüyü 80–100 santimetr. Çəkisi 30–80 kiloqram. Başı və sifəti uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox itil iybilmə qabiliyyəti vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Azərbaycanın bütün ərazisi boyu canavarların yaşayış məskənləri vardır.
Boz cinsliot
Boz cinsliot == Təbii yayılması == Aralıq dənizinin qərb hissələrində,Orta Avropada,İranda,Monqolustanda,Yaponiyada və Çində yayılmışdır.İlk dəfə Tatarıstan və Moraviyada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 30-50 sm olan qollu-budaqlı yarımkoldur.Gövdələri nazik çubuqvari,bozumtul rəngdədir.Yarpaqları qısa saplaqlı,xətvari,lansetvari,tamkənarlıdır.Çiçəkləri qısa boylu,sıx sünbüllərə yığılmışdır.Çiçəkaltlıqları dişi çiçəklər boyu üzrə bitişik,uc tərəfi dişvaridir.İyul-avqust aylarında çiçəkləyir.Meyvəsi yumurtavari,3 mm uzunluğundadır,sentyabr-oktyabr aylarında yetişir. == Ekologiyası == Duzluluğa və quraqlığa davamlıdır.Daşlı,gilli quru yamaclarda,səhra və ya yarımsəhralarda bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda,Naxçıvan MR-da yayılmışdır. == İstifadəsi == Yanacaq üçün istifadə olunur.Cavan budaqlarını və yarpaqlarını dəvələr,atlar və iri mal-qara yeyir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Boz dovşan
Boz dovşan və ya Adi dovşan (lat. Lepus euporaeus) dovşanlar fəsiləsindən (lat. Leporidae) olan məməli növüdür. == Xarici görünüşü == Bədən uzunluğu 57 – 68 sm, çəkisi 4 – 6 kq-a, nadir hallarda 7 kq çatır. Ən iri fərdləri arealın şimal və şimal – şərq hissələrində qeydə alınır. Xarici görünüşcə boz dovşan daha uzun qulaqları (9,4 – 14 sm) və üst tərəfdən qara və ya qaramtıl – qonur rəngli uzun pazşəkilli quyruğu ilə (7,2 – 14 sm) ağ dovşandan asanlıqla ayırd edilir. Gözləri qırmızımtıl – qəhvəyi rəngdədir. Ağ dovşanla müqayisədə arxa ətrafları daha uzundur, lakin pəncələri qısa (pəncənin uzunluğu 13,6 – 18,5 sm) və dardır. Bunun səbəbi adi dovşanın qar örtüyünün çox olmadığı ərazilərdə yayılmasıdır. Yay tük örtüyü sarımtıl – boz, qonur, qəhvəyi, sarımtıl – qırmızı və ya zeytuni – qonur olur.
Boz durna
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Boz gəvən
Boz kefallar
Kefal (lat. Mugil) — kefallar fəsiləsinə aid balıq cinsi. Kefal balıqlarının Xəzər dənizində 2 növü yaşayır — qızılı kefal (singil) və sivriburun kefal. Hər iki növ 1930-cu illərdə Qara dənizdən gətirilərək Xəzərə buraxılmışdır. Xəzər dənizinin iqlim və qida şəraiti həddindən artıq əlverişli olduğu üçün kefallar qısa müddətdə yeni şəraitə uyğunlaşaraq Xəzərin hər yerində geniş yayılmışlar. Bu tədbirdə məqsəd Xəzərin ixtiofaunasının növ tərkibini dəniz balıqları hesabına zənginləşdirilməsi olmuşdur. Vətəgə əhəmiyyəti olan bu balıqlar Xəzərdə çoxalaraq, əsas ov obyektinə çevrilmişlər. Çox cəld və müxtəlif səs qıcıqlandırıcılarına qarşı həssas balıqdır. Xəzər dənizi şəraitinə uyğunlaşmış hər iki növün öz xarakterik xüsusiyyətləri var.